duruşuna-oturuşuna fikir ver!

behave yourself! веди себя подобающе! (прилично)
duruxmaq
duruya çıxarmaq
OBASTAN VİKİ
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Lusi Ver
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur. Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur. Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir. Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır. Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir. 162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir. Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Vadj- ver
Vadj-ver — Vadj-ver, həmçinin Vatç-ur olaraq da yazılır, adı "böyük yaşıl" mənasını verən Misir məhsuldarlıq tanrısıdır. Vayverin Aralıq dənizinin təcəssümü olduğu ümumiyyətlə qəbul edilir; Bununla belə, daha çox ehtimal olunur ki, o, bəzi mətnlərin təklif etdiyi kimi, Nil Deltasının ən şimal hissəsindəki laqunları və gölləri təmsil edib, "böyük yaşıllığı" piyada keçilə bilən torpaq kimi təsvir edib. Vaj-veranın ən qədim məlum sübutu Abusirdəki Sahure piramida meyitxanasında 5-ci sülalədən qalmadır; burada o, Hapi tanrısına bənzəyir, lakin bədəni su dalğaları ilə doludur. Firon III Ramsesin oğlu Şahzadə Amunxepeşefin daha sonra (20-ci sülalə) QV55 türbəsinin divarlarında da görünür.
Vadj-ver

Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. 2001-ci ildə yaradılmışdır. Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Payını ver
Payını ver (ing. Kick-Ass) — 2010-cu il ABŞ istehsalı superqəhrəman-komediya filmi. Filmin senarisi Marvel-in eyniadlı komiks kitabından götürülüb. Komiks həvəskarı olan Deyv Lizevskinin ağlından daima keçən sual budur: “Axı niyə heç kim komikslərdəki superqəhrəmanları nümunə götürüb küçələrə ədalət gətirmir” — və beləliklə, Deyvin elə özü ayağa qalxır, kostyumunu geyinir və hərəkətə keçir. kickass-themovie.com — Payını ver rəsmi saytı Payını ver — Internet Movie Database saytında.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
"Yeni fikir" qəzeti
Azad Fikir Universiteti
Azad Fikir Universiteti — alternativ təhsil layihəsi. 2009-cu ilin oktyabrından fəaliyyət göstərir. Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir. Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video və audio yazılarının internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi Milli Net — Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir. Layihə OL!
Makroiqtisadi fikir tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Yeni Fikir Müsabiqəsi
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni fikir (qəzet)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Yeni fikir (dəqiqləşdirmə)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. "Yeni fikir" qəzeti — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən ali məktəb qəzeti. Yeni Fikir — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi.
Söz Ver (Göksel albomu)
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Qay Yuli Ver Maksimin
Qay Yuli Ver Maksimin (lat. Gaius Iulius Verus Maximinus), Roma tarixşünaslığında daha çox I Frakiyalı Maksimin (173, Trakiya – 10 may 238) — 235–238-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Frakiya kəndlisinin oğlu olmuş, orduda yüksək rütbələrə çatmışdı. 235-ci ildə əsgərlərin Roma imperatoru Aleksandr Severə (222–235) qarşı qiyamına başçılıq etmiş və imperator elan olunmuşdur. Germanlara, daklara və sarmatlara qarşı müvəffəqiyyətli müharibələr aparmışdı. Onun fiskal zülmünü gücləndirmək siyasəti əhalinin müxtəlif təbəqələrinin üsyanına səbəb olmuşdur. Öz əsgərləri tərəfindən öldürülmüşdür.
Yeni fikir (qəzet, 1922)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Ver Sözə Ehya ki... (1989)
Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Ver sözə ehya ki... (film, 1989)
Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
Dövlət və Din İctimai fikir toplusu
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür. Live and Let Die — Internet Movie Database saytında.